Bronlaşdırmada yanlışlıq tarifin (sizin seçdiyiniz) şirkətin başqa müştərisi tərəfindən daha əvvəl əldə edilməsi zamanı baş verə bilər. Sistem müəyyən müddətdən sonra yenilənir. Bir qədər gec, yarım saatdan sonra bronlaşdırmağa və ödəməyə təkrar cəhd göstərmək təklif olunur.
Bəli, bu mümkündür. Lakin bəzi hallarda (pasport və kartdakı məlumatlar fərqləndikdə) aviaşirkət kartın sahibi haqqında əlavə informasiyanı və kartın kserokopiyalarını (surətlərini) tələb edə bilər. Təqdim olunduqdan və yoxlandıqdan sonra məlumatlar dərhal silinir.
Uşaqlar üçün endirimlər mümkündür. Bəzi aviaşirkətlər yaşlarından asılı olaraq uşaqlara 50%-dək endirimlər təqdim edirlər. Nəzərinizə çatdırırıq ki, əgər siz uşağa bilet alarkən onun yaşının 2-yə qədər olduğunu göstərmisinizsə, uçuş zamanı isə onun iki yaşı tamam olubsa, belə olan halda həmin bilet etibarlı sayılmır. Bu qaydalar 12 yaşadək uşaqlar üçün də keçərlidir.