MasterCard;
Visa;
Xeyr, alış-veriş rəsmiləşdirildikdən sonra bütün məlumatlar ləğv olunur, sifarişin rəsmiləşdirilməsi prosesi avtomatik rejimdə həyata keçirilir.
Saytda kartla ödəniş zamanı 3D Secure texnologiyasından istifadə olunur, bu da sizin ödənişlərinizin təhlükəsizliyinin zəmanətidir. Siz bank kartınıza bağlanmış telefon nömrəsi üzrə sms-autentifikasiya prosedurunu keçə bilərsiniz. Əgər bu xidmət dəstəklənmirsə, onun aktivləşdirilməsi üçün emitent banka müraciət etməlisiniz. Bu xidmət “mobil bank” adlanır.
Əgər sms-təsdiqləmə ilə heç bir çətinlik yaranmamışdır, lakin ödəniş etmək yenə də alınmırsa, bunun səbəbləri aşağıdakılar ola bilər:
Bəli, bu mümkündür. Biletin qaytarılması/dəyişdirilməsi üzrə sorğunun göndərilməsi üçün siz sifarişi bronlaşdırdığınız başqa səhifəyə keçməlisiniz, “dəyişdirmək” düyməsini klikləməli və çıxan formada sorğunuzu tərtib edib bizə göndərməlisiniz.
Bu əməliyyatı formanı doldurmadan, sadəcə olaraq informasiyanı (bronun kodunu, sifarişin nömrəsini və alıcı haqqında məlumatları) poçtla info@trips.az ünvanı üzrə (sərnişin sorğunu bileti bronlaşdırarkən göstərdiyi elektron ünvanından göndərməlidir) bizə göndərməklə aparmaq olar.
Biz sizinlə əlaqə saxlayıb biletin qaytarılması/dəyişdirilməsi üzrə sorğunun təsdiqlənməsi prosedurundan keçmənizi xahiş edəcəyik. Yalnız bundan sonra sorğu emal ediləcəkdir.
Bizimlə əlaqə saxlamaq mümkün olmadıqda və ya uçuşa sutkadan az müddət qaldıqda siz birbaşa aviaşirkətlə əlaqə saxlaya bilərsiniz.
Biletlərin qaytarılması/dəyişdirilməsi (başqa reysə və ya başqa tarixə) sizin seçdiyiniz tarifin qaydaları üzrə həyata keçiriləcəkdir.
Diqqət yetirin ki:
Qaytarılma aşağıdakı qaydada həyata keçirilir:
Siz rüsumu ödəyirsiniz, biz bronlaşdırılmış biletin qaytarılması prosedurunu aparırıq, aviaşirkət qaytarılmaya dair sorğu alır və 1-dən 60-dək təqvim günü ərzində bütün vəsaitləri geri qaytarır.
Bu zaman qaytarılan vəsaitlər bronlaşdırmanın və sizin seçdiyiniz tarifin qaydalarına əsasən (valyutalar uyğun gəlmədikdə vəsaitlər sizin kartınıza qayıdır, onlar ölkənin Mərkəzi Bankının kursu üzrə konvertasiya olunur) hesablanır.
Biletin qaytarılması aviaşirkətin təqsiri üzündən tələb olunduğu vəziyyətlərdə (hava ilə əlaqədar uçuş cədvəlinin dəyişdirilməsi və ya başqa səbəblər (3 saat və daha çox gecikdirilmə, reysin təxirə salınması) aviaşirkətin servis rüsumu tələb olunmur.
Üzrlü səbəbdən biletin məcburən qaytarılmasının lazım olduğu hallarda (hospitalizasiya, sərnişinin özünün və ya yaxınının ölümü) müvafiq sənədləri təqdim etmək lazımdır. Belə vəziyyətdə sərnişinə (yaxud qohumlarına) pullar servis rüsumu və sistem komissiyası çıxılmaqla geri qaytarılacaqdır.
Bilmək lazımdır ki, tarifin qaydalarına görə qaytarılmayan biletlər var. Aviabileti almamışdan əvvəl seçdiyiniz tarifin qaydaları ilə daha diqqətlə tanış olmağınızı tövsiyə edirik.
Beynəlxalq qanunvericiliyə görə aviaşirkətlər qeydiyyatdan keçdikləri ölkənin qanunlarını tətbiq edirlər. Buna görə şərait tələb etdikdə xarici aviasiya şirkətinin (uçuş ölkəsindən asılı olmayaraq) biletlərini bronlaşdırmadan əvvəl biletin qaytarılması imkanının olmasını dəqiqləşdirmək lazımdır.
Qaytarılma haqqında sorğu onun verildiyi anda və aviadaşıyıcının müsbət cavabı alındığı təqdirdə bizim tərəfimizdən emal olunacaqdır. Pul vəsaitləri bank kartının aid olduğu banka göndəriləcəkdir. Vəsaitlərin karta köçürülməsi sizin bankınıza əsasən müddətdə həyata keçiriləcəkdir.
Ödənişlərin qaytarılması aviaşirkət tərəfindən təqdir olunarsa, şirkətimiz heç zaman onu ləngitmir. Ödəmənin ləngiməsinin mümkün səbəbləri aşağıdakılar ola bilər: