1. Əgər mən yerdəyişmələrlə uçurumsa, baqajımı götürməliyəmmi?
2. Baqajın daşınması qaydaları hansılardır?
3. Sərnişin baqajını itirmişdir: nə etməli?
4. Baqajın qorunması üçün hansı təhlükəsizlik tədbirləri görülməlidir?
1. Əgər mən yerdəyişmələrlə uçurumsa, baqajımı götürməliyəmmi?
Hazırkı vəziyyətdə siz iki variantdan istifadə edə bilərsiniz:
əgər aviaşirkətdə “baqajın təyinat məntəqəsinə qədər qeydiyyatı” kimi müvafiq xidmət göstərilirsə, onda siz həmin xidmətdən yararlana billərsiniz və baqajınız son məntəqəyə çatdırılacaqdır.
əgər belə xidmət göstərilmirsə, onda sərnişin baqajının qayğısına özü qalmalıdır,onu müstəqil götürməli və növbəti reys üçün qeydiyyatdan keçirməlidir.
2. Baqajın daşınması qaydaları hansılardır?
Hər bir aviaşirkətin öz qaydaları və daşınan baqajın çəkisinə, qabaritlərinə və başqa xarakteristikalarına görə məhdudiyyətləri vardır. Bu normalar tarif və reys qaydalarını nəzərə almaqla təyin olunur.
Əl yükünün standart çəkisi (sərnişinin özü ilə təyyarəyə götürə bildiyi) ən çoxu 5 kq, baqaj isə - 20 kq-dək təşkil edir. Əgər sizin baqajınız qoyulan normalardan şübhəsiz artıqdırsa, onda bilavasitə aviaşirkətin özü ilə öncədən əlaqə saxlamaq lazımdır.
3. Sərnişin baqajını itirmişdir: nə etməli?
Baqajını itirən sərnişin LOST & FOUND xidmətinə müraciət etməlidir, belə ofis istənilən aeroportun uçuş zalında var. Burada sizə müvafiq (PIR) PropertyIregularityReport aktını doldurmağı təklif edəcəklər. Elə həmin gün ofisə müraciət edib itki, zədələnmə və ya çəkinin çatışmazlığı barədə məlumat vermək lazımdır. Uçub gəldikdən sonrakı gün müraciət etdikdə sizə kömək etməkdən imtina oluna bilər.
Aviaşirkət sizin baqajınızın axtarışı ilə məşğul olacaqdır. Əgər üç həftəlik müddət bitdikdən sonra axtarış heç bir nəticə verməzsə, onda sizə kompensasiya ödəniləcəkdir.
Əgər baqaj tapılmışdır, lakin onun tərkibi natamamdırsa, bu, aktda qeyd olunur və sizə qismən təzminat ödənilir. Həmin təzminatın məbləği baqajın əvvəlki və tapıldıqdan sonrakı çəkiləri arasındakı fərqdən asılı olacaqdır.Varşava konvensiyasına görə təzminat baqajın çatışmayan hər kiloqramına 20 $ hesablanır.
Bunu da bilmək lazımdır ki, aviaşirkət baqajla birlikdə itən pul və qiymətli əşyalara görə məsuliyyət daşımır.
4. Baqajın qorunması üçün hansı təhlükəsizlik tədbirləri görülməlidir?
Bunun üçün sərnişin bir neçə sadə qaydaya əməl etməlidir:
hər çantaya/çamadana üzərində sizin məlumatlarınızın və təyinat məntəqənizin yazıldığı yarlığı yapışdırmaq lazımdır. Həmçinin belə bir yarlığı baqajın içərisinə də yerləşdirmək olar;
baqajı yaxşıca bağlamaq lazımdır, əlavə olaraq onu plyonkaya da bükmək olar;
pul və qiymətli əşyaları əl yükünə qoymaq və özünüzlə təyyarənin salonuna götürmək lazımdır.