Yuxarı new-common-to-bottom-button
| 24/7
+994 70 293 39 69/+994 70 993 39 69
Azərbaycan
M
English
Русский
M
AZN
$
USD
EUR
RUB
RUB
Qeydiyyat
Suallar və cavablar

Ümumi suallar

1. Siz hansı biletləri təklif edirsiniz?
  • Bizdə istənilən istiqamətə reyslər var, burada praktiki olaraq yer kürəsinin istənilən nöqtəsinə, istənilən aviaşirkətin biletlərini bronlaşdırmaq olar.
2. Sizin saytınızda qiymətlər nə üçün aşağıdır? Sizin xeyriniz nədir?
  • Bizdə saytda aviaşirkətlərin ən ucuz biletləri təklif olunur, çünki onlar burada başqa şirkətlərlə rəqabət aparmalı olurlar, öz şəxsi saytlarında isə daşıyıcılar bir-birləri ilə rəqabət aparmadıqlarından qiymətlər xeyli yüksəkdir. Biz aviaşirkətin hər bir yazılmış bileti üçün komissiyion mükafatı alırıq. 
  • Komissiyanın məbləği satışlardan asılı olduğundan, biz müştərilərimizin keyfiyyətli xidmət olunmasında maraqlıyıq.
3. Qiymətlər barəsində informasiya haradan götürülür?
  • GDS kimi bronlaşdırma sistemləri mövcuddur. Bronlaşdırma sistemləri və aviaşirkətlər qiymətlərə dair lazımi bütün informasiyanı təqdim edirlər. Bəzi tariflər üzrə təkliflər olmadıqda və ya onların dəyərləri yüksək olduqda belə nəticə çıxarmaq olar ki, biletlər artıq yoxdur, ya da yalnız bahalı tariflər qalıb. 
4. Sizin saytınızda informasiya necə yenilənir?
  • Yerlərin qiyməti və mövcudluğu haqqında informasiya onlayn-rejimdə avtomatik yenilənir.
5. Biletin qiyməti necə formalaşır?
  • Sərnişin biletin son qiymətini, bütün vergiləri, komissiyaları və digər rüsumları görür. Bilmək lazımdır ki, bəzi aviasiya şirkətləri baqaja görə ödənişi reysə qeydiyyat anında alır, ona görə də baqajın daşınması normalarını əvvəlcədən dəqiqləşdirmək və üstünüzdə nağd pul götürmək lazımdır. 
6. Salonda yer seçmək olar?
  • Bəli, bu, reysə qeydiyyat zamanı, yaxud da sizin aeroportda bilavasitə aviaşirkətin  qeydiyyat piştaxtasında yer göstərdiyiniz zaman mümkündür (bu, uçuşdan bir sutka öncə mümkündür).