Yuxarı new-common-to-bottom-button
| 24/7
+994 70 293 39 69
Azərbaycan
M
English
Русский
M
AZN
$
USD
EUR
RUB
RUB
Qeydiyyat
Suallar və cavablar

Aviabiletlərin sifarişi

1. Mən trips.az. saytında bilet bronlaşdırmışam, lakin hələ ödəməni aparmamış onun alınması mümkün olmadı, nəyə görə və belə olan halda nə etməli?

Bronlaşdırmada yanlışlıq tarifin (sizin seçdiyiniz) şirkətin başqa müştərisi tərəfindən daha əvvəl  əldə edilməsi zamanı baş verə bilər. Sistem müəyyən müddətdən sonra yenilənir. Bir qədər gec, yarım saatdan sonra bronlaşdırmağa və ödəməyə təkrar cəhd göstərmək təklif olunur.

2. Sərnişin bileti başqasının kartı ilə ödəyə bilərmi?

Bəli, bu mümkündür. Lakin bəzi hallarda (pasport və kartdakı məlumatlar fərqləndikdə) aviaşirkət kartın sahibi haqqında əlavə informasiyanı və kartın kserokopiyalarını (surətlərini) tələb edə bilər. Təqdim olunduqdan və  yoxlandıqdan sonra məlumatlar dərhal silinir.

3. Uşaqlar üçün endirimlər mövcuddurmu?

Uşaqlar üçün endirimlər mümkündür. Bəzi aviaşirkətlər yaşlarından asılı olaraq uşaqlara 50%-dək endirimlər təqdim edirlər. Nəzərinizə çatdırırıq ki, əgər siz uşağa bilet alarkən onun yaşının 2-yə qədər olduğunu göstərmisinizsə, uçuş zamanı isə onun iki yaşı tamam olubsa, belə olan halda həmin bilet etibarlı sayılmır. Bu qaydalar 12 yaşadək uşaqlar üçün də keçərlidir.

4. Yetkinlik yaşına çatmayan uşaqların müşayiət olunmadan daşınması barədə hansı qaydalar mövcuddur?
  • 5 yaşından yuxarı uşaqlar xaricə, istər yerdəyişmə ilə  və istər də birbaşa reyslərlə  hər iki tərəfə müşayiətsiz  keçirilə bilər. Bu halda sizə aviaşirkətin qaydaları ilə tanış olmağı təklif edirik, belə ki, müxtəlif aviadaşıyıcıların şərtləri bir-birindən fərqlənir.  
  • 5 yaşadək uşaqlar sərhədi yalnız böyüklərin  və ya 15 yaşına çatmış yeniyetmələrin müşayiəti ilə keçə bilər.
  • Uşağın müşayiət olunması mümkün olmadıqda aviaşirkətin xüsusi xidmətlərindən istifadə etmək olar. Bundan ötrü əlavə informasiya üçün ofisimizə və ya aviaşirkətə müraciət etmək lazımdır. 
5. Aviareyslərə biletlərin alınması (bronlaşdırılması) zamanı sərnişinlərə qoyulan məhdudiyyətlər hansılardır?
  • Əgər sərnişinlər yetkinlik yaşına çatmayan uşaqlar, eşitmə/görmə əlilləri və ya hamilə qadınlardırsa, onda onlar üçün biletləri aviaşirkətin nümayəndəliyində və bizim ofisimizdə  əldə etmək/bronlaşdırmaq və ya bu halda əlavə konsultasiya üçün müraciət etmək lazımdır. 
  • İki yaşınadək südəmər uşaqlar üçün ayrıca yeri olan (və ya onsuz) bilet almaq olar. 
6. Yerlərin sayını və xidmətin sinfini necə göstərməli?
  • Sərnişin məlumatların göstərildiyi axtarış səhifəsində yerlərin lazımi sayını və uçuşun sinfini seçə bilər. Seçim zamanı nəzərə almaq lazımdır ki, uçuşa qədərki yaxın tarixə ucuz qiymətdə yer az qalır.
7. Tarifdən istifadə şərtləri hansılardır?
  • Biletlərin alınması/qaytarılması/dəyişdirilməsi şərtləri tariflərdən istifadə qaydalarına görə müəyyən olunur. Bu qaydalar hər bir bilet üçün müxtəlifdir, bunlarda: müddət, əlavə ödənişin aparılması zərurəti, cərimə sanksiyalarının tətbiqinin şərtləri və s. Bu şərtləri sifarişin detalları və ya onun rəsmiləşdirilməsi səhifəsində bilavasitə biletlərin alınmasından öncə/sonra öyrənmək lazımdır. Bunu da bilmək vacibdir ki, aviaşirkət sərnişinləri öncədən xəbərdar etmədən bu qaydalarda dəyişikliklər edə bilər.
8. Xaricə uçuş üçün nə lazımdır?
  • Qeydiyyat zamanı sərnişinin şəxsiyyət vəsiqəsi, həqiqi vizalı xarici pasportu özündə olmalıdır.  MDB-nin bəzi ölkələrinə viza tələb olunmur, daha ətraflı informasiya üçün müvafiq ölkənin konsulluğuna müraciət etməyi tövsiyə edirik. Sənədin və vizanın müddəti geriyə uçuş tarixindən gec olmamalıdır.
  • Nəzərə almaq vacibdir ki, bəzi ölkələrin konsulluqları bu müddətin ölkənin ərazisinə daxil olan gündən etibarən altı aydan çox olmasını tələb edirlər.
  • Əgər sərnişin yerdəyişmələrlə uçuşu planlaşdırırsa, onun tranzit vizaları olmalıdır.
  • Uşaqlarla uçuş zamanı xarici pasport hər kəsdə olmalıdır. Bunu bilmək vacibdir ki, bəzi nəzarət xidmətləri uşaqla (14 yaşına çatmamış uşaqlara aiddir) qohumluğa dair sənədlərin mövcudluğunu yoxlayır. Buna görə də yetkinlik yaşına çatmamış uşaqla qohumluğu təsdiqləyən şəhadətnamə və ya digər sənədi götürmək lazımdır.
  • Uşağın müşayiət olunmadan uçuşu zamanı onun başqa ölkəyə uçuşu üçün razılığın verildiyi  və notarial təsdiqlənmiş sənəd olmalıdır.
  • Əgər sərnişin ev heyvanını xaricə aparmaq istəyirsə, onun xüsusi konteyneri, baytarlıq sənədləri və ya lisenziyaları olmalıdır. Bundan əlavə, diri çəkisinin hər kiloqramı üçün ödəniş etmək lazımdır.
  • Hamilə qadınların uçuşu hər bir aviaşirkət tərəfindən fərdi qaydada müəyyən olunur, bunu uçduğunuz aviaşirkətin nümayəndəliyində  dəqiqləşdirməyi təkidlə tövsiyə edirik. Bəzi hallarda hamiləliyinin 30-dək həftəsində olan qadınların uçuşuna icazə verilir. Sərnişinin hamiləlik  müddətinin təsdiqlənməsi üçün mübadilə kartı, sağlamlıq vəziyyəti haqqında tibbi arayış təqdim edilməlidir. Bundan əlavə, hamilə qadından uçuş zamanı baş verə biləcək xoşagəlməz hallar üçün  özünün tam məsuliyyət daşıması barəsində qəbz xahiş oluna bilər.