Yuxarı new-common-to-bottom-button
| 24/7
+994 70 293 39 69
Azərbaycan
M
English
Русский
M
AZN
$
USD
EUR
RUB
RUB
Qeydiyyat

Məxfiçilik

İnformasiyanın qorunması /məxfiliyi

Trips.az öz müştəriləri haqqında fərdi məlumatların qorunması və saxlanması üçün bütün zəruri tədbirləri həyata keçirir. Bizim saytımızdan istifadə edərək, siz aşağıda göstərilən bütün şərtlərlə razılaşdığınızı təsdiq edirsiniz. Məxfilik siyasəti  MMC “Azintour” şirkətinə məxsus Trips.az saytında göstərilən bütün informasiyalara keçərlidir / və ya Trips.az qrupuna daxil olan bütün şəxslər bundan sonra saytdan istifadə etdikdə fərdi informasiya ala biləcəklər. Bu bölmədə sizin üçün məlumatlarınızın məxfiliyi və mühafizəsi barədə informasiya təqdim olunmuşdur.

İnformasiyanın qorunması

Biz müştərilərimizi qiymətləndirirk və sizin etibarınız  bizim üçün vacibdir. Biz məlumatların icazəsız istifadəsindən və yayılmasından mühafizə etmək üçün müasir texnologiyalardan istifadə edirik. Bunun üçün bizim saytımızda istifadəçinin kompyuterindən rabitə kanalları və sistemləri ilə ötürülən məlumatların şifrələnməsi sistemi tətbiq olunur ki, bu sistem vasitəsilə icazəsiz daxilolmalar müəyyən olunacaq və qarşısı alınacaqdır.

Məxfilik siyasətində dəyişiklik

Məxfilik siyasəti gələcəkdə dəyişə bilər, sizə vaxtaşırı bu sənədə qayıtmağı məsləhət görürük, siz həmçinin bizim saytımızda baş verən dəyişikliklərlə tanış ola bilərsiniz, dəyişiklik olduğu halda biz saytımızda dəyişikliklər barəsində  məlumat yerləşdirəcəyik.

Uşaqlar

Yaşı 13-dən kiçik uşaqlar mövcud veb-saytdan istifadə etdikdə bu saytdan istifadə edə bilməyəcəyi barədə bizim tərəfimizdən göndərilmiş məlumat alır. Trips.az  on səkkiz yaşından kiçik şəxslərlə müqavilə bağlamır. 18 yaşından kiçik şəxslər səyahət etməli olduqda hər iki valideynin, həmçinin müşayiətçilərin müvafiq qaydada yazılı şəkildə təsdiq edilmiş icazəsi olmalıdır.

Sizin haqqınızakı informasiya bizə nəyə görə lazımdır

Saytımıza sizin tərəfinizdən və digər üsulla daxil edilmiş istənilən informasiya sizin sonrakı identifikasiyanız üçün saxlanılacaqdır. Sizin məlumatlarınız saytdan aviabiletlərin əldə olunması, bronlaşdırılması və ödənişin həyata keçirilməsi üçün lazımdır. Bundan başqa, Trips.az bronlaşdırma prosesində və ya aviabiletdə yaranan səhvlərin (səhv olduqda) düzəldilməsi üçün lazım ola biləcək əlavə informasiya tələb etmək hüququna malikdir.

Sizin kontaktlarınız bizdə olduqda biz sizi daha yaxşı və sərfəli tariflər və digər dəyərli informasiyalar barədə məlumatlandıra bilərik ki, bu da daha yüksək keyfiyyətli xidməti təmin etmək üçün çox vacibdir.

Biz sizin haqqınızda hansı informasiyanı saxlayırıq

Bizim saytımızda sizin haqqınızda istənilən məlumat saxlanılır. Biz sizin barənizdə aşağıdakı informasiyanı toplayırıq:

  • şəxsi məlumatlar (S.A.A);
  • kontaktlar (ünvan, telefon nömrələri, elektron poçtu, skayp);
  • bizim operatorumuzla ünsiyyət zamanı və ya xəbərlərin mübadiləsi  zamanı qeyd olunan danışıqların mətnləri;
  • sizin kompyuteriniz barəsində informasiya (onun toplanması avtomatik həyata keçirilir): veb-sorğular, sizin IP- ünvanınız və başqa məlumatlar;
  • saytımızda alış-verişiniz və fəaliyyətiniz haqqında məlumatlar.  Bu, bizim resursun  işinin yaxşılaşdırılması və maraqlı ola biləcək aktual təkliflərimizin sizə təqdim olunması üçün lazımdır.

Biz yuxarıda sadalanan informasiyadan başqa uçuş zamanı sizin üstünlük verdiyiniz  yer,  yemək və içkilər barəsində məlumatlarla maraqlana və onları saxlaya bilərik.

Əgər siz bizim xidmətlərimizdən istifadə etmək, biletlərinizi bronlaşdırmaq/almaq, əks əlaqədən istifadə etmək istəyirsinizsə, öz barənizdə əlavə informasiya verməmək hüququnu saxlamaqla  yanaşı, lazım olan əsas məlumatları təqdim etməlisiniz.

Sizin informasiyanıza necə daxil olmaq olar

Siz veb-saytdakı şəxsi kabinetinizə daxil olub informasiyanı yeniləyə bilərsiniz. Həmçinin, öz hesabınıza girişi  ləğv edə bilər və ya  e-mail: info@trips.az. ünvanı üzrə müvafiq bildirişi göndərə bilərsiniz. Hesabı ləğv etdikdən sonra siz qeydiyyatlı istifadəçi olmursunuz və lazımi informasiyaya daxil olmaq imkanına malik olmursunuz, lakin istənilən zaman bunu bərpa edə bilərsiniz .  Siz bizim göndərişlərimizdən və istənilən məlumatları təqdim etməyimizdən imtina edə bilərsiniz, lakin buna diqqət yetirməlisiniz ki, belə halda biletləri almaq və bronlaşdırmaq imkanı məhdudlaşacaqdır.

Sizin haqqınızda informasiyanı biz kimə ötürə bilərik

Bizim sizin haqqınızdakı məlumatları aşağıdakılara ötürmək hüququmuz var:

  • bizim əməkdaşlıq etdiyimiz təşkilatlara, məhz xidmət tədarükçülərinə: aviaşirkətlərə, bronlaşdırma sistemlərinə, sığorta şirkətlərinə, həmçinin saytımızda göstərilən bank kartlarının emalı üzrə ekvayrinq  təşkilatlarına.  Bizim adımızdan xidmət göstərən şirkətlər, xidmətlərimizi birlikdə təklif edə biləcəyimiz tərəfdaşlarımız.  Yalnız  tələb olunduqda sizin məlumatlarınız üçüncü şəxslərə ötürülür (təchizatçı ilə əks əlaqə zamanı, bronlaşdırmanın həyata keçirilməsi zamanı);
  • üçüncü şəxslərə - kənar təchizatçılara və təşkilatlara. Bu, tədqiqat məqsədləri üçün lazımdır, sizin haqqınızda heç bir şəxsi məlumat və ödəniş informasiyası göstərilməyəcəkdir.
  • məhkəmənin və ya başqa hüquq-mühafizə orqanlarının sorğusu üzrə, həmçinin bizim hüquqlarımızın müdafiəsi üçün məhkəmə təhqiqatları zamanı.
  • korporativ sövdələşmələr baş tutan zaman, məhz: filialların açılması və birləşməsi, rebrendinq, aktivlərin satışı zamanı;
  • informasiya ötürülməsinin digər hallarında informasiyanızın ötürülməsi üçün sizin icazənizin alınması məqsədi ilə sizə sorğu göndəriləcəkdir, hal-hazırda isə  məlumatlarınız öz sərəncamınızdadır.
  •  İstənilən halda sizin haqqınızdakı informasiya ötürülmələri lazımi təhlükəsizlik və müdafiə ilə təmin olunacaqdır. Diqqətə alın ki, bizim tərəfdaşlarımızın xidmətlərindən istifadə üçün sizin haqqınızda təqdim olunan bütün informasiyaya bizim təhlükəsizlik xidmətimiz tərəfindən  nəzarət olunmur, tərəfdaşlarımız bu məlumatların təhlükəsizliyini özləri təmin etməlidirlər.

Başqa saytlar

Belə məxfilik siyasəti istinadları və hiperistinadları Trips.az. səhifələrində yerləşdirilə bilən saytlara aid edilmir. Biz başqa saytlara nəzarət etmirik və onlara görə məsuliyyət daşımırıq. Siz öz tərəfinizdən başqa veb-saytların təhlükəsizliyini dəqiqləşdirməli və bunu bilməlisiniz ki, Trips.az. səhifəsinə aid olmayan başqa saytlarda informasiyanızın ötürülməsinə görə məsuliyyəti tam olaraq öz üzərinizə götürürsünüz.

Zəhmət olmasa, təqdim olunan informasiya ilə tanış olun, saytla işin davam etdirilməsi o deməkdir ki, informasiyanın məxfiliyi və qorunması siyasəti ilə siz artıq tanış olmuş və bununla tam razılaşmısınız.

Qeyd olunan siyasətdən imtina halında sizə təklif edirik ki, bu servisdən istifadəni dayandırasınız.