Yuxarı new-common-to-bottom-button
| 24/7
+994 70 293 39 69
Azərbaycan
M
English
Русский
M
AZN
$
USD
EUR
RUB
RUB
Qeydiyyat

Oferta müqaviləsi

Trips. az oferta Müqaviləsi

Trips.az. veb-saytına xoş gəlmisiniz. Siz burada turizm, mövcud aviareyslər, tariflər, qiymətlər barədə zəruri bütün məlumatları ala biləcək, biletlərin alınması və legitim bronlaşdırılması xidmətlərindən istifadə edə biləcək, başqa müəssisələrlə deyil, yalnız  turizm xidmətlərini təklif edən müəssisələrlə iş qura biləcəksəniz.

Terminlər və anlayışlar

Mətndə istifadə olunan terminlər aşağıdakı mənaları verir:

  • Trips.az – sayt, veb-sayt;
  • “Bizim”, “biz”, “bizi” anlayışları “Azintour” MMC-nə  məxsusdur;
  • “Siz” – veb-sayta daxil olanlar;
  •  Saziş/Müqavilə - bütün qaydalar və şərtlər;
  •  Proqram təminatı- PT;

Müqavilənin predmeti

Sayt sizə turizm/səyahətlər barədə informasiya təqdim edir və şərtlərini bütövlükdə yerinə yetirməyi öhdənizə götürdüyünüz hazırkı Müqaviləni yerinə yetirəcəyiniz təqdirdə, bizdə və ya bizim agentlər vasitəsi ilə legitim bronlaşdırma həyata keçirməyi təklif edir.

Zəhmət olmasa, Müqavilənin bütün bəndləri ilə tanış olun və yenilikləri izləyin (yeniliklər bizim tərəfimizdən xəbərdarlıq edilmədən də  əlavə oluna bilər). Veb-saytdan istifadəyə davam edərkən siz yenidən redaktə olunmuş Müqavilənin şərtlərinə daxil edilmiş bütün dəyişikliklərlə razılaşmış olursunuz.

Trips.az saytından istifadə

Hazırkı müqavilə ilə razılaşdıqda, siz aşağıda göstərilən məlumatı təsdiqləmiş olursunuz:

  • Siz 18 yaşına çatmısınız və zəruri olan bütün hüquqlara/səlahiyyətlərə maliksiniz, hazırkı Müqaviləyə münasibət bildirmək üçün tam səlahiyyətli olduğunuzu təsdiq edirsiniz;
  • Siz Trips.az-dan Sazişin şərtlərinə zidd  məqsədlər üçün istifadə etməyəcəksiniz;
  • Siz, özünüz və ya üçüncü şəxs üçün (sizdə onların təqdim etdiyi hüquqi səlahiyyətlərin olması şərti ilə) legitim bronlaşdırma həyata keçirəcəksiniz;
  • Siz Trips.az-dan yalnız qanun çərçivəsində istifadə edəcəksiniz;
  • Üçüncü şəxslər üçün bilet bronlaşdırdıqda/aldıqda siz Müqavilənin bütün şərtləri və tariflərin, alışın, bronlaşdırmanın bütün qaydaları barədə onları məlumatlandırmağı öz öhdənizə götürürsünüz;
  • Sayt üçün məlumat təqdim edərkən siz bu məlumatın tam etibarlılığına təminat verirsiniz;
  • Bizim saytımızda  olan uçot yazısı sizin tərəfinizdən və digərləri tərəfindən istifadə edildikdə məsuliyyəti siz daşıyırsınız;
  • Siz bilet alarkən Trips.az saytına sizin kartınızdan zəruri məbləğin silinməsi üçün səlahiyyət verirsiniz ;
  • Siz dələduzluğa və saytın məlumatlarına icazə verilməmiş girişə cəhd hallarına görə Qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıdığınızı bilirsiniz;
  • Siz bank kartınızdan vəsait (biletin məbləği də daxil olmaqla, komissiyalar və mümkün rüsumlar) çıxarması üçün  bizim saytımıza səlahiyyət verirsiniz;

Bizim Müqavilənin pozulması da daxil olmaqla, istənilən səbəbdən veb-saytdan və onun göstərdiyi xidmətlərdən istifadə etmənizə etiraz etmək hüququmuz var.

Qadağan olunmuş fəaliyyət

Veb-saytda yerləşdirilən bütün informasiyalar, yəni (xidmətlər, infrastruktur, qiymətlər, kontent və digərləri) bizim və bizimlə əməkdaşlıq edən provayderlərin və təchizatçıların mülkiyyətidir. Sizin səyahət edəcəyiniz yerin marşrutu, bizdə bronlaşdırdığınız biletlər, göstərdiyimiz xidmətlər haqqında informasiyaya aid sənədlərin surətlərini çıxarmaqdan əlavə heç bir hüququnuz yoxdur.

Sizə qadağan olunur:

  • Saytdan götürülmüş informasiyaları yaymaq, dəyişmək, bərpa etmək, əks etdirmək, çap etmək və üçüncü şəxsə ötürmək;
  • Trips.az saytının istənilən növ informasiyasının yayılmasına icazə vermək;
  • Törəmə məhsul yaratmaq, bizim informasiyanı/xidməti/proqram təminatını göndərmək/satmaq.

Bundan əlavə, siz Müqavilənin şərtlərini imzaladıqda bunları etmək hüququnuzun olmadığını təsdiq edirsiniz:

  • Saytdan kommersiya məqsədi ilə istifadə edilməsi: spekulyasiya, dələduzluq,  tələbata antisipasiya (hadisələrin qabaqcadan bilinməsi);
  • Bizim müvafiq icazəmiz olmadan saytdan götürülmüş informasiya üzərində robotların və ya avtomatlaşdırılmış proqramların köməyi ilə istənilən fəaliyyətin (surətini çıxarmaq, sayta daxil olmaq, izləmək) yerinə yetirilməsi;
  • “Freym” və digər fəaliyyət növlərinin icrası üçün yazılı icazəmiz olmadan Sistemin həddən artıq yüklənməsinə gətirən belə fəaliyyət növlərinin yerinə yetirilməsi.

Saytda yerləşdirilən xəbərlər və şərhlər

Trips.az saytının səhifələrində yerləşdirilmiş şərh və ya poçtla göndərilən istənilən xəbər kütləvi nümayiş etdirilə bilər.

Bizim aşağıdakıları icra etmək hüququmuz var:

Sizin tərəfinizdən göndərilən bildirişləri saxlaya, surətini cıxara, bərpa edə bilər,  KİV-də yaya bilər və onlarla bağlı digər tədbirləri görə bilərik. Siz xəbərləri bizim saytda yerləşdirərək onların məzmununun şəxsi məlumat olmadığını bildirərək onların bizim tərəfdaşlarımız daxil olmaqla, digər istifadəçilərin də oxuya biləcəyinə icazə vermiş olursunuz. Digər xəbərləri və şərhləri isə sizin xəbəriniz olmadan  silmək və cap etməmək hüququmuz var.

Siz xəbərlərin mətninə görə tam məsuliyyət daşıyır və təsdiq edirsiniz ki, bu sayta reklam, kommersiya, qanunsuz, nüfuzdan salan, pornoqrafiya və digər istənilən qanunu (müəlliflik, patent, vətəndaşlıq və digər hüquqlar) pozan kontenti əlavə etmək sizə qadağan olunmuşdur.

Siz pozuntu olduğu halda baş verəcək nəticələrə və zərərə görə Qanunvericiliyə əsasən məsuliyyət daşıyırsınız.

Bronlaşdırmanın qaytarılması/ləğv olunması

Ödənməmiş bronlaşdırmanın ləğv olunması, onun yaradılmasından ötən on iki saat ərzində sizin tərəfinizdən ödənmə həyata keçirilmədikdə avtomatik rejimdə həyata keçirilir. Aviabiletlərin bronlaşdırılmasının avtomatik ləğv olunması halında heç bir cərimə sanksiyası nəzərdə tutulmamışdır.

Aviareysə biletin dəyişdirilməsini/qaytarılmasını seçdiyiniz tarifin tətbiq olunması/məhdudlaşdırılması qaydalarında müəyyən olunmuş şərtlərə uyğun olaraq həyata keçirə bilərsiniz. Siz bu qaydalarla sifarişi rəsmiləşdirdikdə, aviabileti əldə edənədək tanış olacaqsınız. Aviabileti qaytarmaq və ya dəyişmək üçün siz bizim info@trips.az e-mail ünvanımıza müvafiq sorğu göndərməlisiniz. Nəzərə alın ki, aviabiletin dəyişdirilməsi/qaytarılması xidmətinə görə aviaşirkətin mümkün cərimə sanksiyalarından (biletin dəyərinin 20%-dən başlayaraq 70%-ə qədər məbləğdə)  əlavə, bizim hər bir aviabilet üçün 20 manata bərabər əlavə rüsum tutmaq hüququmuz var.

İstifadə olunmamış aviabiletə sərf olunmuş bütün vəsait, üzərində  göstərilən göndərmə tarixindən keçən bir ay ərzində sizin kartınıza qaytarılacaqdır. Satınalmaya görə tutulmuş komisyon haqqı qaytarılmır.

Bilet məcburi qaytarıldıqda/dəyişdirildikdə (aviaşirkətin təqsiri üzündən) xidmətlərə görə rüsum çıxılmır. Biletin üzrlü səbəbdən (xəstəlik, hospitalizasiya, sərnişinin və ya yaxın qohumunun ölümü) qaytarılması/dəyişdirilməsi üçün müvafiq sənəd təqdim etmək lazımdır. Belə hallarda cərimə sanksiyalarının tətbiq edilməsi üçün verilən bütün qərarlar aviaşirkət tərəfindən qəbul edilir. Qaytarılmayan aviabiletlər də daxil olmaqla, güzəştli tariflə alınan aviabiletlər (tətbiq qaydalarında göstərilən məhdudlaşmalarla) qaytarılmır/dəyişdirilmir, məbləğinin müqabilində kompensasiya ödənilmir.

Aviabileti veb-saytda reysin yola düşməyinə 180 dəqiqə qalana qədər bronlaşdırmaq/almaq olar.

Məsuliyyətdən azad olma

Bizim saytımızda xidmətlər (onların mövcudluğu) və qiymətlər (aviabiletlərin və digər xidmətlərin) haqqındakı informasiya daxil olmaqla, yerləşdirilmiş istənilən informasiya dəqiq olmaya bilər. Trips.az  təqdim olunan informasiyanın etibarlılığına zəmanət vermir, mal və xidmətlərə aid yanlışlıqlara və səhvlərə görə cavabdehlik daşımaqdan imtina edir. Trips.az bronlaşma gözləyən mallarda və ya qiymətlərdə baş verən səhvlərin düzəldilməsi hüququnu özündə saxlayır və biz belə hallarda  bronlaşma gözləyən müştərilərimizə dəyişdirilmiş qiymətləri gözləməyi və ya cari bronlaşdırmanı ziyansız (heç bir cərimə olmadan) ləğv etməyi təklif edirik.

Saytda öz xidmətini təklif edən, lakin bizim agentimiz (işçimiz) olmayan təchizatçılar öz fəaliyyətlərinə görə özləri müstəqil cavabdehlik daşıyırlar. Trips.az onların işinə heç bir zəmanət vermir və cavabdehlik daşımır.

Aşağıdakı informasiyaya diqqət yetirin:

  • bizim sayt burada xidmət göstərən  müstəqil podratçıların göstərdikləri fəaliyyətə görə (nöqsan, zəmanət, hüquqların pozulması, səhvlər, bədənə vurulan zədə, xərclər) heç bir məsuliyyət daşımır;
  • bəzi aeroportlar uçuşun məbləğinə daxil olmayan nağd rüsumların yığılmasını nəzərdə tutur;
  • veb-sayt tənzimlənmə səlahiyyəti bizə verilməyən fəaliyyət üçün məsuliyyət daşımır. Biz biletin dəyərini reysin ləğv olunması və ya ləngiməsi (gecikməsi), çoxsaylı bronlaşdırma, marşrutun dəyişdirilməsi, tətillər və hökumətin/hakimiyyətin digər fəaliyyətləri ilə əlaqədar olaraq geri ödəmirik;
  • biz Trips.az saytından (sayta daxil ola bilməmək, viruslar, sayta girişin gecikməsi və digərləri) istifadə edərkən, hətta mümkün zərərlər barədə məlumatımız olduqda belə, yaranan zərərlərin nəticəsinə görə heç bir məsuliyyət daşımırıq. Bizim sayt və ya təchizatçılar itkilərə görə öz məsuliyyətlərini qəbul etdikləri halda ödənəcək təzminatın dəyəri ödənilmiş xidmətin (100$ və ya lazım olan valyutada ekvivalenti) ümumi məbləğindən çox olmayacaqdır.

Hazırkı Sazişin məsuliyyətinin məhdudiyyəti bizim saytın və əməkdaşlıq etdiyimiz təchizatçıların xeyrinədir.

Təchizatçının şərtləri və məhdudiyyətləri

Zəhmət olmasa, Trips.az saytının göstərdiyi xidmətlər və bronlaşdırma haqqında aşağıda göstərilən  informasiyanı diqqətlə oxuyun. Siz müqaviləni imzalayaraq əməkdaşlıq edəcəyiniz Təchizatçının müddəaları ilə razılaşmış olursunuz.

Siz aşağıdakıları icra etməyi öhdənizə götürürsünüz:

1. Alışın icrasının bütün qaydalarını/şərtlərini yerinə yetirmək. Siz seçdiyiniz tarifin mövcudluğu və tətbiqi qaydaları barədə informasiyanı diqqətlə oxumalı, bütün ödənişləri vaxtında yerinə yetirməlisiniz;

2. Müəyyən fəaliyyətdə iştirak etməzdən və ya xidmətlərdən istifadə etməzdən əvvəl iddialardan imtinanı (üçüncü tərəfin tələbi olduğu halda) imzalamalısınız;

Bundan əlavə, siz razılaşırsınız ki, Təchizatçının istənilən şərtinin sizin tərəfinizdən pozulması sizə təqdim olunan xidmətlərin və ya bronlaşdırmanın ləğv olunmasına səbəb ola bilər. Bu zaman siz bronlaşdırma üçün ödədiyiniz pulları itirə bilərsiniz və ya  bu pullar pozulma zamanı yaranan xərclərin ödənməsi üçün götürülə bilər.

Proqram təminatı

Veb-saytda yüklənə bilən PT – (HML kodlar və ActiveXcontrol da daxil olmaqla) Proqram təminatı,Trips.az saytının və təchizatçıların beynəlxalq sazişlər və müəlliflik hüququ ilə qorunan mülkiyyətidir. Surətini çıxarma, yayma və müəlliflik hüququnu pozan digər fəaliyyət növləri, sizə hüquqi aksiyaların tətbiq olunmasına və sizin məhkəmə qaydasında təqib olunmanıza gətirə bilər.

Proqram təminatının istənilən istifadəsi sazişin qaydalarına əsasən qorunur və müvafiq razılaşma olmadan siz onu yükləyə bilməzsiniz.

Yüklənə bilən, lakin lisenziyalı Sazişi olmayan Proqram təminatı, sizə digər məqsədlər üçün deyil, saytdan fərdi istifadə etmək və baxmaq üçün məhdud şəkildə təqdim olunur. PT yalnız lisenziyalı sazişin şərtlərinə uyğun zəmanətlərə malikdir.

Əmtəə nişanları və müəlliflik hüquqları

Bütün hüquqlar qorunur. Saytın informasiyası ©2015 Trips.az-a məxsusdur. Burada qeyd olunan digər loqolar onların sahiblərinin ticarət markalarıdır. Trips.az “Azintour” MMC təşkilatının qeydiyyatdan keçmiş brendi ilə deyil, digər tərəflərin (Trips.az tərəfindən deyil) vasitəsilə öz fəaliyyətlərini həyata keçirənlərin saytları doldurmasına görə heç bir məsuliyyət daşımır.

Əgər sizin bizim brendə aid hər hansı pozuntu barəsində məlumatınız varsa,  info@trips.az e-mail  ünvanımıza ismarıc göndərməyinizi xahiş edirik.

Müəlliflik hüququnun pozulması

Əgər siz dərc etdiyimiz kontentin sizə aid olduğunu vicdanla təsdiq edərək müəlliflik hüququnuzun pozulması ilə bağlı bizim sayta qarşı iddia qaldırmaq istəyirsinizsə, onda bu barədə xəbərdarlıq etməyinizi xahiş edirik. Siz və ya sizin saytınızın nümayəndəsi bizə aşağıdakı informasiya məzmunlu ismarıc göndərməlisiniz:

  • Sizinlə əlaqə saxlamaq üçün telefon nömrələri və elektron poçt ünvanı da daxil olmaqla, sizin kontaktlarınız (əlaqə məlumatlarınız);
  • hüquqları sizin tərəfinizdən qorunan və bizim tərəfimizdən pozulan kontentin dəqiq və dürüst təsviri;
  • müəlliflik hüququnun pozulmasını təsdiq edən materiala istinad;
  • ismarıcdakı bütün informasiyanın doğruluğunu (yalan ifadəyə görə məsuliyyət daşıyaraq) təsdiqləyən sənəd olmalıdır, sizin isə hüquqları pozulmuş müstəsna hüquq sahibinin adından  fəaliyyət göstərmək hüququnuz var;
  • sənəd (təsdiqi);
  • bizim saytımız tərəfindən, ehtimala görə hüquqları pozulmuş müstəsna hüquq sahibinin adından fəaliyyət göstərməyə müvəkkil edilən şəxsin imzası.

Yuxarıda göstərilən bütün informasiyanı bizə  info@trips.az ünvanına və ya poçtla  bizim əlaqə ünvanımıza (“qəbul edən” – “Azintour” MMC) göndərməyinizi xahiş edirik:

АZ1007, Azərbaycan, Bakı şəh., Vaqif pr. 5

Sizin məktubunuza qısa müddət ərzində baxılacaq və cavab veriləcək.  Biz sizə bu kimi bəyanatları (müstəsna hüquqların pozulması) verməmişdən əvvəl öz hüquqşünasınızla məsləhətləşməyi təklif edirik və sizə xatırlatmaq istəyirik ki, həqiqətə uyğun olmayan bəyanat məsuliyyətini sizin daşıyacağınız ciddi itkilərə gətirə bilər.

Valyuta konvertoru

Saytda yerləşdirilən bütün valyuta məzənnələri faktiki olaraq deyil, tövsiyə olunduğu kimi istifadə oluna bilər. Valyuta məzənnələrində olan qeyri-dəqiqliklər və ziddiyyətlər müxtəlif səbəblərdən ola bilər. Mübadilə məzənnələri gündəlik olaraq yenilənir, lakin məzənnəni dəqiqləşdirmək üçün peşəkarlara müraciət etmənizi məsləhət görürük. Valyuta məzənnəsi haqqındakı informasiya yalnız məlumatlandırmaq məqsədi ilə təqdim olunur, burada göstərilən informasiyaya müvafiq olaraq kommersiya məqsədi də daxil olmaqla, digər fəaliyyəti icra etmək qadağandır.

Tranzaksiyaların icrası üçün komisyonlar

Sizin nəzərinizə çatdırırıq ki, beynəlxalq tranzaksiyaları həyata keçirərkən bəzi bank kartlarından komisyon rüsumlar tutulur. Bundan başqa, bu növ tranzaksiyaların Azərbaycandan kənarda həyata keçirilməsi zamanı sizdən valyuta çevirmə xidmətinə görə müəyyən məbləğ tutula bilər və bu zaman siz çekin üzərində aviabiletin və ya bronlaşdırma xidmətinin dəyərindən fərqli məbləğ görə bilərsiniz.

Valyuta mübadiləsinin rüsumla birlikdə məzənnəsi bank tərəfindən ödəmə əməliyyatı aparılan gün, əməliyyatın aparılması anında müəyyənləşdirilir.

Avtomatik valyuta çeviricisi və tutulan komisyon rüsumlar barəsində hər hansı bir sual yarandıqda zəhmət olmasa, bizimlə əlaqə saxlayın.

Ümumi

Trips.az saytının idarə edilməsi hüquqi şəxs olan Azərbaycanın rezidenti tərəfindən həyata keçirilir. Hazırkı Sazişin bütün müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi tərəfindən tənzimlənir və veb-saytdan istifadə olunması hazırkı Müqavilənin qətnamə və şərtlərinə müvafiq olmayan və yurisdiksiyada qanundan kənar hesab olunur.

Hazırkı Sazişin bütün qaydaları/müddəaları/şərtləri sizinlə Trips.az saytı arasındakı münasibətləri tənzimləyir. Hazırkı sazişin bəndlərinə aid mübahisələr (hüquqi normalara uyğun olaraq) yarandıqda siz  onun təqdimatı üçün əsas yarandığı andan etibarən iki il ərzində iddia qaldırmağa razılıq verirsiniz. Digər hallarda iddia müddətinin vaxtı bitdiyinə görə siz iddia qaldırmaq hüququndan imtina edirsiniz. Sazişin hər hansı bir hissəsinin qanuni qüvvəyə malik olmadığı halda, Saziş bütövlükdə müəyyən edildiyi müddətdən öncə qüvvədə olacaqdır.

Çap formasında buraxılan və saxlanan başqa rəsmi kitablar kimi, Sazişin və ya elektron bildirişin də çap versiyası istənilən məhkəmə prosesində/ inzibati prosedurların həyata keçirilməsində, onlarda göstərilən  şərtlər/müddəalar əsasında qəbul olunmalıdır.

 Bütün hüquqlar qorunur.

Sizin haqqınızda hansı informasiya saytda saxlanılacaqdır

Bizim saytımıza sizin tərəfinizdən daxil edilmiş və ya digər üsulla ötürülmüş istənilən informasiya sizin sonrakı identifikasiyanız üçün bizdə saxlanılacaqdır. Bu informasiyalara sizin şəxsi və əlaqə məlumatlarınız aiddir. Sizin ödəmə rekvizitləriniz (bank kartları, hesablar) daxil olmaqla, digər informasiyalar siz alışı həyata keçirəndən sonra dərhal silinəcəkdir.

Digər mənbələrdən (bizim filiallarımızdan, kənar şəxslərdən, tərəfdaşlarımızdan) alınan bütün informasiya  sizin uçot yazınıza əlavə oluna bilər.

Aşağıda göstərilənlər bu qəbildəndir:

Demoqrafik informasiya, satınalmaların tarixi, sizin kontaktlarınızın (əlaqə məlumatlarınızın) yenilənməsi və digərləri.

Sizin şəxsi məlumatlarınız barədəki informasiyanın işlənib hazırlanması Azərbaycan Respublikasının “Fərdi məlumatlar haqqında” Qanununa müvafiq olaraq həyata keçirilir və Trips.az saytının materiallarına çıxışı təqdim etmək üçün lazımdır.

Veb-saytın texnologiyaları (kukilər və digərləri)

Veb-sayt ümumi məqsədləri həyata keçirmək üçün kukilərdən (məlumatlar olan fayllar) istifadə edir. Sayta daxil olduqda yenilənən parametrlərin saxlanması və brauzerinizin müəyyənləşdirilməsi. Belə ki, sizin (parol da daxil olmaqla) şəxsi məlumatlarınız haqqında informasiya saxlanacaq və siz gələn dəfə sayta daxil olduqda akkauntunuza girişin birinci addımı buraxılaraq işiniz daha da asanlaşacaqdır. Nəzərə alın ki, sizin haqqınızda istənilən informasiya şifrələnəcək və digər şəxslər üçün əlçatmaz olacaqdır. Bununla yanaşı, kukidə məxfi informasiyalar olmayacaq.

Əgər siz brauzerinizin kukini qəbul etməsini məhdudlaşdırmaq/söndürmək istəyirsinizsə, alətlər panelində menyuda “Yardım” bölməsinə daxil olun və lazım olan əməliyyatları yerinə yetirin. Siz bilməlisiniz ki,  bizim saytımızdan kukinin alınmasına imtina edildikdə, Trips.az saytının alətlərinin çox hissəsi sizin üçün əlçatmaz olacaqdır.

Bizimlə necə əlaqə saxlamaq olar?

Saytın işinə/xidmətlərinə aid hər hansı sualınız olduqda bizim info@trips.az e-mail ünvanımıza yazın və ya bizimlə +994 12 493 39 69 telefon nömrəsi ilə əlaqə saxlayın. 

 

Müştəri və Trips.az arasında bağlanan oferta Müqaviləsinin şərtləri ilə tanış oldum, razılaşdım, qəbul edirəm və yerinə yetirməyi öhdəmə götürürəm.