Yuxarı new-common-to-bottom-button
| 24/7
+994 70 293 39 69
Azərbaycan
M
English
Русский
M
AZN
RUB
RUB
$
USD
EUR
Qeydiyyat

COVID-19

COVID-19 pandemiyası ilə əlaqədar sərnişinlərin beynəlxalq uçuşları zamanı PCR testinin verilməsi İCBARİDİR. Yeni qaydalara uyğun olaraq yalnız koronavirus (COVID-19) testindən keçmiş sərnişinlər uçuşlara buraxılır.

Sizin rahatlığınızın təmin edilməsi məqsədilə, TRIPS.AZ şirkəti olaraq COVID-19 (PCR) testlərinin verilməsi üzrə xüsusi təklifləri diqqətinizə çatdırırıq. Bu təkliflə Siz heç bir Laboratoriyada heç bir növbə gözləmədən, habelə Xüsusi qiymətlərlə uçuşdan öncə COVID-19 (PCR) testini verə bilərsiniz.

 

COVID-19 (PCR) testinə müraciət üçün lazım olan sənədlər:

•          Şəxsiyyət vəsiqəsinin hər iki üzü (sərnişin xarici ölkə vətəndaşı olduqda oturum izi)

•          Xarici pasport,

•          Aviabilet,

•          Faktiki yaşayış ünvanı,

•          Əlaqə nömrəsi

 

Əsas Müddəalar:

•          COVID-19 (PCR) testinin 1 nəfər qiyməti 95 AZN (Ödəniş test zamanı yerində ödənilir).

•          Testlər yaşından asılı olmayaraq, bütün sərnişinlər üçün İCBARİDİR.

•          COVID-19 (PCR) testinə müraciət müddəti uçuşa 48 saat qalmış həyata keçiriləcəkdir.

•          Uçuşa 48 saatdan az qaldığı halda müraciətlər daxil olunarsa, bu zaman individual yanaşma ilə baxılacaqdır.

•          COVID-19 (PCR) testinin verənilməsi zamanı sərnişinin özüylə klinikaya Xarici Passportunu, Şəxsiyyət Vəsiqəsini və Aviabileti (çap olunmuş formada) götürməlidir.

•          Test cavabının alınma müddəti: test verildiyi vaxtdan 24 saat.

•          Sərnişin test verilmə vaxtından 3 saat öncə qida, su, siqaret və digər maddələr qəbul etməməlidir. Əks halda testin götürülməsi mümkün olmayacaqdır.

 

Qeydlər:

•          Test verilmə mərkəzinin iş saatları: Bazar ertəsi–Cümə (07:00-20:00) / Şənbə, Bazar və Bayram günləri (07:00-17:00)

•          Sərnişinin verdiyi COVID-19 (PCR) testinin nəticəsi yalnız negativ olduqda səfər etməsi mümkündü. Sərnişinə verilən COVID-19 (PCR) testinin nəticəsi Hava Limanında təqdim ediləcək.

•          COVID-19 (PCR) testinin nəticəsi Azərbaycan dilində və ya sərnişinin istəyinə uyğun olaraq İngilis dilində verilə bilər.

•          Testlər həm Bakı, həm də ki Gəncə şəhərində verilə bilər.

 

Ətraflı Məlumat və Müraciət üçün: 0702933969 (+whatsapp), 0552900910 (+whatsapp)